CƏMİYYƏT


ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Qubada olub

Noyabrın 7-də Quba rayonunun Alpan kəndində xalça toxuculuğu müəssisəsi fəaliyyətə başlayıb. Azərbaycan və ABŞ hökumətlərinin dəstəyi ilə qurulan müəssisədə Alpanla yanaşı, Susay, Kürkün və Uzunmeşə kəndlərinin 50-dək sakini çalışacaq. AZƏRTAC xəbər verir ki, müəssisənin açılış mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Amerika İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin nümayəndələri və kənd sakinləri iştirak ediblər.