CƏMİYYƏT


Şimal bölgəsinə ekskursiya Qusar və qədim Quba ilə tanışlıqla davam edib

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayon və bir şəhəri təmsil edən, ümumilikdə, 400-ə yaxın məktəblinin Azərbaycanın şimal qapısı sayılan Qusar və qədim Quba ilə tanışlığı davam edir. AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl və Qubadlı rayonlarından olan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.