CƏMİYYƏT


Azərbaycanda unikal əməliyyat: Atanın qaraciyərinin sol payı oğluna köçürüldü

17 yaşlı Rəmzi Bəşirov uzun illərdir ki, qara ciyər sirrozundan əziyyət çəkib. Son ümid yeri isə yeganə donor – atası olub. Ata və oğul dövlət hesabına ağır və unikal transplantasiya əməliyyatı keçirib. Mərkəzi Neftçilər Xəstənanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən əməliyyatın xüsusiliyi ondan ibarət olub ki, qara ciyərin yalnız sol payından istifadə edilərək, Rəmzini həyata qaytarmaq mümkün olub.