CƏMİYYƏT


IDEA Heyvanlara Qayğı Mərkəzi: Küçələrdəki birkalı itlər təhlükəsizdir

Küçələrdə qulağında nömrələnmiş birkası olan it və ya qulağının ucu kəsilmiş pişik görsəniz nəzərə alın ki, bu heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən sterilizasiya edilib və peyvəndlənib. Bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınır. IDEA Heyvanlara Qayğı Mərkəzi vətəndaşlara müraciət edir ki, belə küçə heyvanları təhlükəsizdir və onlara toxunmaq olmaz.