CƏMİYYƏT


Tur aksiya iştirakçıları Qəbələdə olublar

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Göygöl, Tovuz, Ağdaş, Siyəzən və Füzuli rayonundan olan məktəblilər ekskursiyanın proqramına uyğun olaraq Qəbələnin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, rayonun müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, coğrafiyası, turizm obyektləri və muzeyləri ilə maraqlanıblar.