CƏMİYYƏT


BNA “Qarabağ”-“Çelsi” oyununu izləyəcək tamaşaçıların matçdan sonra daşınması üçün avtobuslar ayırıb

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” Oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar Oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidilər. Şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb. Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək.