CƏMİYYƏT


Xəzərdə batan qayıqdakı iki balıqçı xilas edildi

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əra­ziyə baxış keçirərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmadığı aşkarlanıb. DSX mətbuat xidmətindən bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.