CƏMİYYƏT


Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib

Noyabrın 20-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə sahib 6-18 yaş arasında 380 uşaq iştirak edib.