CƏMİYYƏT


BNA: “Qarabağ”-“Çelsi” qarşılaşmasından sonra 30 mindən çox sərnişin daşınıb

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərniışin avtobusu cəlb edilib. Bununla yanaşı Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib.