CƏMİYYƏT


Şəhid Fuad Qafarovun təltif edildiyi medal dörd yaşlı oğluna təqdim olunub

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fuad Fərhad oğlu Qafarovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal noyabrın 24-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə onun övladına təqdim edilib.