CƏMİYYƏT


Sabunçu rayonunda bir ailənin 4 üzvünü avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Noyabrın 23-də səhər saat 7 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı naməlum avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri qənaətbəxşdir.