CƏMİYYƏT


Bakı Nəqliyyat Agentliyi qış mövsümü ilə bağlı avtobus sürücülərinə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərib. Xəbərdarlıqda bildirilib ki, ürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumlyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər) həmçinin istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır