CƏMİYYƏT


Avropa İttifaqı Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq olunmasını dəstəkləyir

Avropa İttifaqı icbari tibbi sığorta üzrə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə cari ilin fevral ayından etibarən Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda tvinninq-layihə həyata keçirməyə başlayıb. Layihəyə əsasən, Avropa ölkələrinin mütəxəssisləri və ekspertləri iki il ərzində qabaqcıl təcrübəni rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyini dəstəkləyəcəklər. Bununla əlaqədar, noyabrın 27-də həmin layihənin komponentləri və göstərilən tibbi xidmətlər üzrə təqdimat keçirilir.