CƏMİYYƏT


Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ilk dəfə iki oğlan uşağı dünyaya gəlib

Uşaqların hər ikisinin ataları döyüş bölgəsində xidmət edən hərbi qulluqçulardır. Birinci körpənin atası Rahid Abbasov “N” nömrəli hərbi hissədə bölük komandirinin şəxsi heyət üzrə müavinidir. Anası Turanə Abbasova evdar qadındır. Onlar 2013-cü ildə ailə qurublar. Yeni doğulan körpə ailənin ikinci övladıdır. İkinci körpənin atası Ayaz Mahmudov “N” nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur, kiçik çavuşdur. Anası Oksana Mahmudova evdar qadındır.