CƏMİYYƏT


Novxanı-Mehdiabad avtomobil yolunun kənarında 2500 ağac əkilib

Abşeron rayonunun kənd və qəsəbələrində ağacəkmə aksiyası uğurla davam edir. Növbəti aksiya Novxanı və Mehdiabad qəsəbələrində aparılıb. Ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədi daşıyan aksiyada rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır