CƏMİYYƏT


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Növbəti belə qəbul noyabrın 30-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Sumqayıt şəhərində keçirilib.