CƏMİYYƏT


Sosial şəbəkələrdə insanları kitab oxumağa həvəsləndirən aksiyalar işə yarayırmı? - REPORTAJ

Son zamanlar insanların internetdə, sosial şəbəkələrdə daha çox vaxt keçirmələri onları kitab oxumaqdan uzaqlaşdırıb desək yanılmarıq. Buna görə də, son zamanlar istər dövlət qurumları, istərsə də aktiv gənclər sosial şəbəkələrdə insanları kitab oxumağa həvəsləndiriləcək aksiyalar keçirirlər. Təhsil Nazirliyinin sosial şəbəkələrdə #hərgünoxu həşteqi ilə həyata keçirdiyi aksiya da buna misaldır. Gənc oxucu və blogger Sərxan Rüstəmov da sosial şəbəkələrdə #övladınüçünoxu həşteqi ilə insanları mütaliəyə çağırır.