CƏMİYYƏT


İlin əvvəlindən Bakı əhalisi 12,6 min nəfər artıb

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq oktyabrın 1-nə 2258,4 min nəfərə çatıb. Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub. Yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır