CƏMİYYƏT


Azərbaycan Sofiyada keçirilən xeyriyyə bazarında təmsil olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyi hər ilin dekabr ayında Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan sayca 23-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşları milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdiriblər.