CƏMİYYƏT


Mağazadan pul oğurlayan şəxs saxlanılıb

Noyabrın 9-da naməlum şəxs mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək kassadan 420 manat pulu quldurluq yolu ilə götürərək hadisə yerindən qaçıb. Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi, dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb. Ekspert-kriminalistlərin iştirakı ilə obyektə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.