CƏMİYYƏT


Abşeronda elektrik enerjisi təchizatı yenilənir

Abşeron rayonunun kənd və qəsəbələrində əhalini sabit və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən mühüm işlər həyata keçirilir. AZƏRTAC xəbər verir ki, Abşeronda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin normal fəaliyyət göstərməsi üçün enerji təchizatına xüsusi diqqət yetirilır. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq yeni yarımstansiyaların tikintisi davam etdirilir, işıq xətləri və dirəkləri yenilənir. Bu yarımstansiyalar rayon sakinlərinin etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təminatının həyata keçirilməsində mühüm rol oynayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır