CƏMİYYƏT


Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Qeyd edilib ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.