CƏMİYYƏT


Bu il ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 mindən artıq müraciət daxil olub

Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693,6 mindən artıq ümumi müraciət daxil olub və bu, keçən illə müqayisədə 12 min müraciət çoxdur. Müraciət edənlərdən 63,3 min nəfərdən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlarla əlaqədar 82 min çağırış daxil olub və onlardan12,5 min nəfəri stasionar müalicəyə cəlb edilib.