CƏMİYYƏT


Könüllü qızlar 100-ə yaxın küçə iti üçün sığınacaq yaratdı - Xaçmazda

Xaçmaz rayonunda üç könüllü qızın təşəbbüsü ilə küçə itləri üçün sığınacaq qurulub. Bir ildir fəaliyyətə başlayan sığınacağda hazırda 100-ə yaxın it saxlanılır. Bu itlərin əksəriyyəti sığınacağa ölümcül vəziyyətdə gətirilərək müalicə olunub. Sığınacağın yaradılmasının əsas təşəbbüskarlarından olan Nailə Rüstəmli Xaçmazda itlərə, eləcə də digər heyvanlara sonsuz sevgisi ilə tanınır.