CƏMİYYƏT


Psixiatr: İntihar xəbərləri insanların psixologiyasına mənfi təsir edir

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyir ki, hazırda internet, sosial şəbəkələr insanları rahatlıq tapmağa imkan vermir və onlar bu vasitə ilə mənfi məlumatları daha tez alır. Psixiatrın sözlərinə görə, depressiyada olan, özünə qapanan insan son məqamda intiharı seçə bilər. Buna görə, biz öz yaxınlarımıza qarşı diqqətli olmalı, depressiya əlamətləri gördükdə həyəcan təbili çalmalıyıq.