CƏMİYYƏT


Xırdalanda Azərbaycan Gəncləri Günü qeyd olunub

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova gəncləri təbrik edib, uğurla icra olunan dövlət gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. O, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığın bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğulayan İ.Gülməmmədova gənclərə Vətənimizə, dövlətimizə və cəmiyyətimizə sədaqətlə xidmət etməyi arzulayıb.