Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə Ümumdünya Xərçəng Günü münasibətilə maarifləndirmə aksiyası keçirilib

05.02.2018 [11:04]

Xəbərin mətni
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə Gəncə “ASAN xidmət” Mərkəzində və “Gəncə Mall” ticarət mərkəzində keçirilən maarifləndirmə aksiyası zamanı sakinlərə xərçəng xəstəliyi haqqında ətraflı məlumat verilib.