CƏMİYYƏT


Ölkəmizdə əmək pensiyalarının ümumi məbləği yanvarın 1-dən 5,7 faiz artırılacaqdır

2017-ci ildə ölkəmizdə orta aylıq nominal əməkhaqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib. Əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun olaraq artırılması təmin ediləcək. Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq.