CƏMİYYƏT


BNA panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işlərinə başlayıb

Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədi ilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.