CƏMİYYƏT


142 və 190 “Çağrı mərkəzləri” 15 mindən çox müraciətə cavab verib

Bu ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabrı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15,2 mindən çox müraciət daxil olub və edilən müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilib.