CƏMİYYƏT


VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qəbələnin Nic qəsəbəsində olublar

Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də öz işini Qəbələdə davam etdirib. Qış məktəbinin iştirakçıları əvvəlcə rayonun Nic qəsəbəsində olublar.