CƏMİYYƏT


Azərbaycan əhalisinin sayı açıqlanıb

Ötən il Azərbaycan əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-nə 9898085 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.