CƏMİYYƏT


İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır

Ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir. Müstəqillik dövründə ölkəmizdə keçirilən seçkilərin hər biri öz demokratikliyi və şəffaflığı ilə seçilib. Bu fikirlər fevralın 19-da 109 saylı Balakən seçki dairəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşmış kursun tədris məşğələsində səsləndirilib.