CƏMİYYƏT


Bakıda keçmiş məhkumdan “Kalaşnikov” markalı avtomat aşkar edilib

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən “AKM” markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.