CƏMİYYƏT


Biləsuvarda mal-qara oğruları saxlanılıb

Biləsuvar rayon sakini Mirzəli Nuriyev rayonun Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb.