CƏMİYYƏT


Astara sakini bəbirlərin monitorinqində mütəxəssislərə bələdçilik edir

“Tarzan Babaxan” kimi tanınan Babaxan Rəhmanov Astara rayonunun Siyov kənd sakinidir. Bu ləqəb ona Hirkan meşələrinin əlçatmaz zirvələrini yaxşı tanıdığına görə verilib. O, Hirkan meşələrində yaşayan bəbirlərin müəyyən olunması, onların mühafizəsi işində mütəxəssislərə bələdçi kimi köməyini əsirgəmir.