CƏMİYYƏT


Məşqçi kimi məşhurlaşan 60 yaşlı balakənli müəllimə

Altmış yaşı yenicə tamam olan Pakizə müəllimə 40 ildir ki, şagirdlərinin sağlam ruhda böyümələri, bədən tərbiyəsi və idmanı dərindən sevmələri üçün çalışır. 1977-ci ildə Balakən rayonunun Kortala kəndində idman müəllimi kimi fəaliyyətə başlayan Pakizə Mikayılova peşəsinə ürəkdən bağlanıb.