CƏMİYYƏT


Dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığının təmin edilməsi Azərbaycanın əsas hədəfləri sırasındadır

Fevralın 28-də Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Məşvərət Forumunun ikinci illik toplantısı keçirilib. Toplantıda beynəlxalq təşkilatın indiyə qədərki fəaliyyətinə nəzər salınıb, cari məsələlər və qarşıdakı fəaliyyət planı müzakirə edilib. Baş katibliyi Vyana şəhərində yerləşən təşkilatın dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr təqdim olunub.