CƏMİYYƏT


Brok Bierman: Amerika Birləşmiş Ştatları Azərbaycanla əməkdaşlığa sadiqdir

Bizim məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişafı sahəsində tərəfdaş olmaqdır. Amerika Birləşmiş Ştatları daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında Azərbaycanla əməkdaşlığa sadiqdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə administrator köməkçisi Brok Bierman fevralın 28-də Xaçmaz rayonunun Niyazoba kəndində yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi layihələrdən faydalanan şəxslərlə görüşü zamanı deyib.