CƏMİYYƏT


Avropa Şurasının rəsmisi Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Fevralın 28-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının media və internet bölməsinin əməkdaşlıq şöbəsinin rəhbəri Leyla Dervisagiki ilə görüşüb. AZƏRTAC xəbər verir ki, komitə sədri qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır, gender bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.