CƏMİYYƏT


Quba, Qusar və Xaçmaz rayonlarının 106 min nəfərə yaxın sakini kütləvi tibbi müayinələrdən keçirilib

Fevralın 12-dən bu günədək Quba, Qusar və Xaçmaz rayonlarından olan, ümumilikdə, 106 min nəfərə yaxın sakin kütləvi tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı xəstəlik aşkarlanan şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb edilir, digər sağlamlaşdırıcı tədbirlər görülür.