CƏMİYYƏT


Evdən oğurluq edən şəxs saxlanılıb

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu, 1500 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat pul oğurladığını bildirib.