CƏMİYYƏT


Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Naməlum şəxsin metronun “Sahil” stansiyasının yaxınlığında 14 yaşlı A.B-nın “Samsung” markalı mobil telefonunu əlindən alınması barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verilib. ölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradov saxlanılıb.