CƏMİYYƏT


“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində xeyriyyə tədbiri təşkil edib. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan Sosial Müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb.