Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda civə satmaq istəyən şəxs tutulub

09.04.2018 [12:02]

Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb.