Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

10.04.2018 [16:46]

Xəbərin mətni
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.