CƏMİYYƏT


Erməni hərbçilərinin növbəti təxribatı

Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması düşmənin dinc sakinləri hədəfə aldığını bir daha göstərir. AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb.