CƏMİYYƏT


Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar aparılır

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qazıntıların bu mərhələsində aşkarlanan ən əhəmiyyətli tapıntılar elmi ədəbiyyatda tokin adlandırılan gildən əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır.