Poçtla göndərilən narkotik vasitə və psixotrop maddə saxlanılıb
19.04.2018 [18:23]
Xəbərin mətni
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Kristine Ulrixin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub.