CƏMİYYƏT


Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb

Beynəlxalq ictimaiyyəti gec də olsa 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsinə siyasi qiymət verməyə və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırırıq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu çağırış aprelin 25-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvlərinin Quba Soyqırımı Memorial Kompleksində 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.